ABŞ-də banka silahlı basqın: Ölən və yaralananlar var – VİDEO

Dünya


ABŞ-nin Kentukki ştatının Luisvil şəhərinin mərkəzində atışma olub.

Polisin məlumatına görə, dörd nəfər ölüb, biri polis olmaqla səkkiz nəfər yaralanıb. Yaralılar artıq xəstəxanaya çatdırılıblar.

ABŞ mediasının məlumatına görə, atışma Köhnə Milli Bankda baş verib. Atəş açan şəxs öldürülüb. Onun bankın əməkdaşı olduğu deyilir.

Hadisənin səbəbləri, həmçinin zərərçəkənlərin vəziyyəti barədə hələlik məlumat verilmir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir