Hersoginya Keyt Middlton həyatda qarşılaşdığı ən böyük çətinlikdən danışıb.
O bildirib ki, qarşılıqlı soyuqluq səbəbi ilə Sasseks hersoqları Harri və Meqan ilə görüşmək onun üçün indiyə qədər etmək məcburiyyətində olduğu ən çətin işlərdən birinə çevrilib.
Bu barədə britaniyalı jurnalist Robert Cobsonun “Bizim kral” kitabında bəhs edilib.
Bildirilib ki, Middlton kral ailəsinin yüksəkrütbəli üzvü ilə söhbətində Harri və Meqan ilə görüşü belə xarakterizə edib.
Cobsonun sözlərinə görə, qohumları arasında Harrinin demək olar ki, heç bir “tərəfdarı” yoxdur.
Xatırladaq ki, 19 fevral 2021-ci ildə Şahzadə Harri və Meqan Markl kral ailəsinin üzvləri olmaqdan imtina ediblər.
Mənbə: MK.ru
www.102info.az