Avstraliya dağıdıcı qasırğaya hazırlaşır: Marketlərin rəfləri boşaldıldı

Dünya


Avstraliyanın qərbinə təsir edəcəyi gözlənilən və sürətinin saatda 250 kilometrə çatacağı təxmin edilən “İlsa” qasırğasına hazırlıq məqsədilə insanlar marketlərdə rəfləri boşaldıblar.

Avstraliya Meteorologiya İdarəsinin (BOM) verdiyi açıqlamada bildirilir ki, ölkənin Qərbi Avstraliya əyalətində “İlsa” qasırğasının yaxın günlərdə intensivliyi artacaq və 4-cü kateqoriyalı qasırğaya çevrilməsi ehtimalı yüksəkdir.

Əyalətin ən şimalında yerləşən Kimberley bölgəsində şiddətli tufan gözlənildiyi və küləyin sürətinin saatda 250 kilometrə çata biləcəyi vurğulanır.

Onminlərlə evə təsir edəcəyi gözlənilən qasırğa öncəsi “fırtına” xəbərdarlığı edilib.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir