Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, toplantı bu həftə ərzində təşkil olunacaq.
İclasda əsas müzakirə mövzusu Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində uğursuz startı olacaq. Baş məşqçi Canni De Byazinin hesabatı dinlənəcək və onunla bağlı qərar qəbul ediləcək. İtalyan mütəxəssisin göndərilib-göndərilməyəcəyi bəlli deyil. Məlumata görə, İK-da çalışdırıcının yola salınması və yığmanın yerli mütəxəssisə tapşırılması ideyasının tərəfdarları var.
Xatırladaq ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda Avstriya və İsveçə müvafiq olaraq, 1:4 və 0:5 hesabları ilə uduzub.
Bundan başqa, iclasda Azərbaycan Futzal Federasiyasının hesabatının dinlənəcəyi və I Divizionda oyun nəticələrinin manipulyasiyası ilə bağlı məsələnin müzakirə olunacağı gözlənilir.
Faiq Tahirov
www.102info.az