“Barselona”nın gənc ulduzu “Çelsi”yə keçə bilər

Dünya


“Barselona”nın futbolçusu Qavi “Çelsi”yə keçə bilər.

London klubunun nümayəndələri üç həftə əvvəl ispan yarımmüdafiəçinin agenti ilə görüşüblər. Onlar müzakirələri davam etdirmək üçün yaxın günlərdə yenidən bir araya gələcəklər.

“Çelsi” Qavini azad agent kimi heyətinə cəlb etmək və komandanı onun liderliyi altında qurmaq istəyir. “Barsa” Qavinin peşəkar müqaviləsini qeydiyyatdan keçirə bilmədiyi üçün o, yayda komandadan pulsuz gedə bilər. 18 yaşlı futbolçu klubun məsələyə yanaşmasından narazıdır. Onun fikrincə, “Barselona” problemi həll etmək üçün kifayət qədər ciddi cəhd göstərmir.

Qavi bu mövsüm 27 matçda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: as.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir