Çempionlar Liqası: “Milan” “Napoli”yə qarşı, “Real Madrid” “Çelsi”ni qəbul edir – AFİŞA

Dünya


Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, turnirin son qalibi “Real Madrid” İspaniyada “Çelsi”ni qəbul edəcək.

Digər oyun isə İtaliyada “Milan” və “Napoli” arasında baş tutacaq.

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

12 aprel

23:00. “Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə)

Madrid, “Santyaqo Bernabeu” stadionu

23:00. “Milan” (İtaliya) – “Napoli” (İtaliya)

Milan, “San Siro” stadionu

1/4 finalın ilk oyunlarında “Mançester Siti” İngiltərədə Almaniya “Bavariya”sına 3:0, İtaliya “İnter”i isə Portuqaliyada “Benfika”ya 0:2 hesabı ilə qalib gəlib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir