Türkiyədə sel fəlakətinin yaşandığı bölgə yenə su altında qaldı – VİDEO

Dünya


Türkiyənin Şanlıurfa şəhərinda axşam saatlarından başlanan leysan selə səbəb olub.

Bəzi prospektlər və küçələr su ilə dolub. Halfeti, Bozova, Ceylanpınar və Suruç rayonlarında yağan güclü yağış səbəbindən nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, bəzi evləri və iş yerlərini su basıb.

Rayonun kənd ərazilərində bəzi əkin sahələrinin də su altında qaldığı bildirilir.

Qeyd edək ki, martın 15-də Şanlıurfada baş verən sel fəlakətindən sonra 17 nəfər həyatını itirib.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir