Rusiyalı müğənni Orbakayte Ukrayna Silahlı Qüvvələrinə yardımına görə istintaqa cəlb edilə bilər – FOTO

Dünya


Rusiyanın Cənub Vətənpərvər Qüvvələri Assosiasiyası RF İstintaq Komitəsini müğənni Kristina Orbakayte və onun oğlu Nikita Presnyakovu Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi faktına görə yoxlamağa çağırıb.

Təşkilat nümayəndələrinin fikrincə, ötən il fevralın 24-dən sonra sənətçi qərarsız mövqe tutub. Vurğulanır ki, Orbakayte ABŞ-də yaşayır, Rusiyada nadir hallarda olur. Üstəlik, qismən səfərbərlik dövründə oğlunun Birləşmiş Ştatlara köçməsinə kömək edib.

Assosiasiya müğənninin ifalarına diqqət etməyə çağıraraq, onun səhnədə Ukrayna bayrağının rənglərində geyimdə çıxış etdiyini xatırladıb.

Fəallar Rusiya İstintaq Komitəsinə ərizə ilə müraciət ediblər. Onlar Orbakaytenin fəaliyyətini yoxlamağı xahiş edirlər.

İctimai fəallar istisna etmirlər ki, ifaçı və oğlu gəlirlərinin bir hissəsini Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına göndərə bilərlər. Əgər bunun doğru olduğu üzə çıxarsa, ailənin Moskvadakı mənzilinin müsadirə olunması tələb edilib.

Mənbə: “Mash” “Telegram” kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir