İran Rusiya ordusunun Ukraynadakı müharibədə istifadə etdiyi raketlər üçün yanacaq alınması ilə bağlı Çin və Rusiya ilə gizli danışıqlara başlayıb.
Bu barədə Amerikanın “Politico” jurnalı məlumat yayıb.
Jurnalın səfirlik dairələrindəki mənbəsinin sözlərinə görə, Pekində iranlı diplomat Səccad Əhədzadə Rusiya və Çin şirkətlərindən ammonium-perxlorat alınması ilə bağlı razılığa gəlib. Bu isə İranın Rusiya ordusuna tədarük etdiyi bərk yanacaqla çalışan raketlərin istehsalında istifadə olunur.
Nəşrin versiyasına görə, bu sxem Pekinə imkan verir ki, İranın vasitəçiliyi ilə beynəlxalq sanksiyalardan yan keçərək Moskvaya Ukraynadakı müharibədə əhəmiyyətli dərəcədə kömək etsin. Həmçinin də bu halda Qərbdəki ticarət tərəfdaşları bundan xəbər tutmayacaq, çünki onlarla münasibətlərin pozulması Çinin maraqları dairəsində deyil.
www.102info.az