ABŞ Rusiya baş nazirinin müavininə və Ermənistandan olan hüquqi şəxsə sanksiya tətbiq etdi

Dünya


ABŞ Rusiya Federasiyası ilə əlaqəsi olan onlarla fiziki və hüquqi şəxsə qarşı növbəti sanksiya paketini tətbiq edib. Siyahıya Rusiya baş nazirinin müavini Marat Xusnullin də daxil edilib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qurum Rusiyadan 10, Çindən 12, Ermənistan və Suriyadan bir hüquqi şəxsi qara siyahıya salıb.

Sanksiya siyahısına “MegaFon”, “Yunarmiya” və “Rusatom” şirkətləri də daxil edilib. Bundan əlavə, Rusiya Federasiyası ilə əlaqəli 19 ticarət gəmisi ABŞ-nin məhdudiyyətləri altına düşüb.

ABŞ Rusiya Dövlət Nəqliyyat Lizinq Şirkətinin baş direktoru, Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Yevgeni Ditrikə də sanksiya tətbiq edib.

“Metalloinvest” və “Patriot” özəl hərbi dəstəsi də məhdudiyyətlərə məruz qalıb.

Mənbə: TASS, Rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir