“Taliban”dan ət qadağası

Dünya


“Taliban” hökuməti Əfqanıstanın Qəndəhar əyalətində bazar günləri ətin satışını və istehlakını qadağan edib.

Mövcud qərar ötən ilin aprelində taliblərin qadağan etdiyi xaşxaş becərməsinə alternativ olaraq tərəvəz və meyvələrin istehsalını və istehlakının təşviq edilməsi, ətin həddindən artıq istehlakı nəticəsində yaranan xəstəliklərin qarşısının alınması və ətin bahalaşmasının qarşısının alınması məqsədi daşıyır.

Müvafiq olaraq, bazar günləri qəssablar ət satmayacaqlar, restoranlarda isə ət yeməkləri əvəzinə tərəvəzlər veriləcək. Qəndəharda ölkə miqyasında ilk dəfə qəbul edilən bu qərara əməl etməyənlər əvvəlcə xəbərdarlıq ediləcək, sonra isə müxtəlif cəzalara məruz qalacaqlar.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir