Şahzadə Harri atasının tacqoyma mərasiminə tək gələcək

Dünya


Şahzadə Harri mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək. Onun həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl isə uşaqları ilə birlikdə ABŞ-də qalacaq.

Bu barədə çərşənbə günü Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.

“Bukingem Sarayı Sasseks hersoqunun mayın 6-da Vestminster abbatlığında tacqoyma mərasimində iştirak edəcəyini təsdiqləməkdən məmnundur. Sasseks hersoginyası Şahzadə Arçi və Şahzadə Lilibetlə birlikdə Kaliforniyada qalacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, 74 yaşlı III Çarlzın tacqoyma mərasimi II Elizabetin ölümündən səkkiz ay sonra, mayın 6-da Londondakı Vestminster abbatlığında 2 min nəfərin iştirakı ilə keçiriləcək.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir