Avropa Liqası: 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək – AFİŞA

Dünya


Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, əvvəlcə Niderlandda “Feyenoord” və “Roma” münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Qalan üç matç isə saat 23:00-da start götürəcək. “Mançester Yunayted” “Sevilya”nı, “Yuventus” “Sportinq”i, “Bayer” isə “Union”u qəbul edəcək.

UEFA Avropa Liqası

1/4 final, ilk oyunlar

13 aprel

20:45. “Feyenoord” (Niderland) – “Roma” (İtaliya)

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

23:00. “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)

23:00. “Bayer” (Almaniya) – “Union” (Belçika)

Mərhələnin cavab oyunları aprelin 20-də keçiriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir