Kanada XİN başçısı: “Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsi səylərini dəstəkləyirik”

Dünya


Kanadanın xarici işlər naziri Melani Joli Kanada Azərbaycanlıları Şəbəkəsinin (“Network of Azerbaijani Canadians”) İdarə Heyətinin üzvlərini qəbul edib.

Görüş zamanı Kanadanın azərbaycanlı icmasının fəaliyyəti və siyasi fəallıq prioritetlərindən söz açılıb.

Eləcə də Azərbaycan-Ermənistan arasında münasibətlər və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti müzakirə edilib.

NAC İdarə Heyətinin üzvləri Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanıldığını, bu ərazilərdəki əhalinin qovulduğunu və azərbaycanlıların yaşadıqları bütün yaşayış məntəqələrinin dağıdıldığını nazirin diqqətinə çatdırıblar.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bölgədə yeni reallıqların yarandığı qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə dağıntının miqyası və eləcə də Ermənistan tərəfindən kütləvi minalanmanın həyata keçirilməsi səbəbindən hələ də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilməməsi nazirin diqqətinə çatdırılıb.

NAC-nin təşəbbüsü ilə Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsaitin ayrılmasına görə təşəkkür ifadə edilib.

M.Joli Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O bildirib ki, Kanada beynəlxalq hüququn prinsiplərinə sadiqdir və bütün mübahisələrin hüquq və danışıqlar çərçivəsində həll edilməsinin tərəfdarıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının himayəsi altında aparılan sülh danışıqlarının tezliklə uğurla başa çatacağına ümid edir və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Qeyd edək ki, NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılıb və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir