Toz fırtınası Monqolustan və Çindən Tokioya çatıb

Dünya


Monqolustan və Çindən gələn toz fırtınası Tokioya çatıb.

Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, bu təbiət hadisəsi 2021-ci ilin may ayından sonra Tokioda ilk dəfə müşahidə olunur.

Bundan əvvəl Yaponiyanın bir sıra bölgələrinin, o cümlədən Naqasaki, Fukuoka və Tottorinin səlahiyyətliləri görmənin pisləşməsi ilə əlaqədar yerli sakinləri yollarda diqqətli olmağa çağırıb. Bundan başqa, əhaliyə paltarları eyvanlarda qurutmamaq, uşaqların küçədə oynamasına icazə verməmək, maska ​​taxmaq tövsiyə olunub.

Meteoroloqlar yaxın günlərdə toz buludunun demək olar ki, bütün Yaponiya ərazisini əhatə edə biləcəyini proqnozlaşdırırlar.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir