Ukraynalı deputat: “Ermənistanın Azərbaycana İran dronlarıyla hücumuna görə BMT-yə müraciət edilməlidir”

Dünya


“Bütün hərbi münaqişələr sanksiyalarla müşayiət olunur. Hücum edən tərəf beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmalıdır”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi Partiyasından deputatı Yuri Kamelçuk Ermənistanın Azərbaycanla şərti sərhədində növbəti hərbi təxribatlarını şərh edərkən deyib.

“Əgər Ermənistanın Azərbaycan ərazisinə hücumu zamanı İran istehsalı olan dronlardan istifadə etdiyi sübut olunarsa, AŞPA-ya, BMT Təhlükəsizlik Şurasına müraciət edilməli, bununla bağlı sektorlar üzrə, həmçinin hücuma görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar tətbiq edilməlidir. Hərbi cinayətlərin qarşısı alınmalı, müqəssirlər məsuliyyət daşımalı və cəzalandırılmalıdır”, – deputat əlavə edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir