Rusiya, İran, Çin və Pakistan ABŞ-yə qarşı bəyanatla çıxış ediblər

Dünya


ABŞ və onun müttəfiqləri Əfqanıstandakı çətin vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməlidirlər.

Bu barədə Rusiya, İran, Çin və Pakistan xarici işlər nazirlərinin Səmərqənddə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair birgə bəyanatında deyilir.

Dörd ölkənin rəsmiləri Birləşmiş Ştatlardan və onun müttəfiqlərindən Əfqanıstana qarşı tətbiq edilən birtərəfli sanksiyaları dərhal ləğv etməyi və Kabilin xarici ölkələrdəki aktivlərini geri qaytarmasını istəyib.  

Bundan əlavə, Rusiya, İran, Çin və Pakistan xarici işlər nazirliklərinin rəhbərləri ABŞ və onun müttəfiqləri tərəfindən Əfqanıstanda və onun ətrafında hərbi bazaların bərpasına dair təşəbbüslərə qarşı olduqlarını bəyan ediblər.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir