Qadın voleybolçular arasında Çempionlar Liqasının yarımfinalında Türkiyədə “Eczacıbaşı” ilə qarşılaşan “Novara” faciə ilə üzləşib.
İtaliya təmsilçisinin 19 yaşlı oyunçusu Yulya İtuma İstanbulda məskunlaşdıqları hotelin pəncərəsindən yıxılaraq ölüb. Bədbəxt hadisə ötən gecə baş verib. Onun cəsədi yerli vaxtla 05:30-da tapılıb.
İstanbul polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.
www.102info.az