Sızan məxfi sənədlərdə: ABŞ kəşfiyyatı Ukraynada hakimiyyət dəyişikliyindən danışıb?

Dünya


“ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat xidməti öz hesabatında müharibə uzanacağı təqdirdə Ukraynada hakimiyyət dəyişikliyi risklərindən bəhs edib”.

Bu barədə “Washington Post” qəzeti internetə sızan məxfi sənədlərə istinadən bildirib.

Sənəddə deyilir ki, davam edən müharibə Ukrayna vətəndaşlarının məyusluğuna gətirib çıxaracaq və onlar döyüş əməliyyatları üsullarını tənqid etməyə başlayacaqlar. “Bu da hakimiyyətin dəyişməsi ehtimalını artıracaq”, – deyə ABŞ kəşfiyyatının Ukraynadakı vəziyyətlə bağlı hesabatında qeyd edilib.

Eyni zamanda kəşfiyyat 2023-cü il üçün ən çox ehtimal olunan ssenari kimi müharibə tərəflərinin həlledici üstünlüyünün olmayacağını və Ukraynada səfərbərliyin davam edəcəyini proqnozlaşdırıb. Həmçinin müharibənin 2024-cü ilə keçəcəyini də bildirib.

Bununla belə qəzet öz adından əlavə edib ki, internetə sızan sənəddə söhbətin Ukraynanın siyasi, yoxsa hərbi rəhbərliyindən getdiyi bəlli deyil.

Mənbə: MK.ru 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir