İlon Mask “Twitter”də istifadəçi tərəfindən yaradılan məzmundan pul qazanmaq üçün proqramın işə salındığını elan edib.
Onun sözlərinə görə, istifadəçilər artıq abunəçilərə uzun mətnlərdən tutmuş saatlarla davam edən videolara qədər hər şeyi təklif edə bilərlər.
Kontentdən pul qazanmaq üçün sadəcə parametrlərdə “Monetizasiya” bəndi üzərinə klikləmək kifayətdir.
Mask aydınlaşdırıb ki, proqramın ilk ili ərzində istifadəçilər ödəniş sistemlərinin komissiyası istisna olmaqla, abunəçilər tərəfindən ödənilən vəsaiti tam həcmdə alacaqlar. “Twitter” həmçinin öz məzmununu yaradan hesabların təşviqinə dəstək vermək niyyətindədir.
“Siz istənilən vaxt platformamızı tərk edə bilərsiniz. Daxil olmaq asan, çıxmaq asandır”, – Mask əlavə edib.
Apply to offer your followers subscriptions of any material, from longform text to hours long video!
Just tap on “Monetization” in settings.
— Elon Musk (@elonmusk) April 13, 2023
www.102info.az