Argentinada yayılan virusdan rekord sayda ölüm qeydə alınıb

Dünya


Argentinada ilin əvvəlindən bəri 30-dan çox insan Denge qızdırmasından ölüb. Bu, ölkədə qeydə alınan hər hansı epidemiya üçün ən yüksək rəqəmdir.

Bu il Argentinada ümumilikdə 32 ölüm hadisəsi qeydə alınıb. Salta (10 ölüm) və Tukuman (8 ölüm) əyalətləri qızdırmadan daha çox zərər çəkib.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, aprelin 7-nə qədər Dang virusuna yoluxma hallarının sayı 28 mini keçib. Bu ilə qədər 2020-ci ilin epidemiyası Argentina tarixində ən ciddi hadisə hesab edilirdi. O zaman 60 minə yaxın insan sözügedən virusa yoluxub.

Denge tropik və subtropik bölgələrdə üstünlük təşkil edən viral infeksiyadır. Onun simptomları yüksək hərarət, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur. Virusu “Aedes aegypti” ağcaqanadları daşıyır.

Mənbə: Clarin

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir