Niderlandda 12 yaşa qədər uşaqlara evtanaziya hüququ verilə bilər

Dünya


Niderland hökuməti dözülməz ağrılardan əziyyət çəkən və sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verməyə hazırlaşır.

Ölkənin Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və hökumət tərəfdaşları tərəfindən razılaşdırılan əsasnamənin bu gün Nazirlər Şurasına təqdim edilməsi gözlənilir.

Dünyada evtanaziya tətbiqini qəbul edən ilk ölkə olan Niderlandda 2002-ci ildən etibarən sağalmaz xəstəlikləri olanların müəyyən şərtlər altında ölməsinə icazə verilir. Ancaq bu, yalnız 12 yaş və ondan böyük şəxsləri əhatə edir.

Niderlandda hökumət pediatrların təkidi ilə 12 yaşından kiçik uşaqların evtanaziya hüququ ilə bağlı səlahiyyətli orqanlardan rəy istəyib.

Mütəxəssislər təklif ediblər ki, 1-12 yaşlı uşaqlara həyatlarının son mərhələsində qayğı və müalicə yetərli olmayan halda ölüm hüququ verilməlidir.

Səhiyyə Nazirliyinin hazırladığı əsasnamə 1 yaşa qədər uşaqları əhatə etmir.

Belçika 12 yaşından kiçik uşaqların ölməsinə icazə verən ilk ölkə olub. 2014-cü ildə hökumət sağalmaq ümidi olmayan və çox əziyyət çəkən 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verib.

Niderland isə 2002-ci ildə sağalmaq ümidi olmayan və çox əziyyət çəkən 12 yaşdan yuxarı insanlara evtanaziya verən ilk ölkədir.

Niderlandda 2021-ci ildə sağalmaq ümidi olmayan 12 və daha yuxarı yaşda olan 7 666 nəfər, 2022-ci ildə isə 8 720 insan öz istəyi ilə ölmək hüququndan istifadə edib.

Mənbə: De Telegraaf

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir