Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
UEFA-nın yaydığı məlumata görə, bu ada “Mançester Siti”nin müdafiəçisi Con Stounz layiq görülüb. O, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə hamını üstələyib. Stounz “Milan”dan Brahim Dias, “İnter”dən Alessandro Bastoni və “Real Madrid”dən Vinisius Junioru qabaqlayıb.
28 yaşlı futbolçu “Mançester Yunayted”in öz meydanında “Bavariya”nı 3:0 hesabı ilə məğlub etdiyi yarımfinal mərhələsinin ilk oyununda 90 dəqiqə meydanda olub və sonuncu qolun ötürməsini edib.
www.102info.az