Rusiyada uşaq meydançasında 10 yaşlı oğlan yaşıdını bıçaqladı

Dünya


Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində 10 yaşlı oğlan 12 yaşlı uşağı qarnından bıçaqlayıb.

Yaşayış binasının yaxınlığındakı uşaq meydançada baş vermiş hadisənin hansı şəraitdə olduğunu aydınlaşdırmaq üçün istintaqa hazırlıq başlayıb.

Yaralı uşaq xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.

Yoxlamanın nəticələrinə əsasən, prosessual qərar qəbul ediləcək.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir