Parisi bu gün nə gözləyir? – Makronun imzaladığı qalmaqallı sənəd dərc olundu

Dünya


Fransa Prezidenti Emmanuel Makron pensiya islahatı haqqında qanun layihəsini imzalayıb.

Sənəd şənbə günü Fransa Respublikasının Rəsmi Qəzetində dərc olunub.

“Beləliklə, Sosial Təminat Məcəlləsinə dəyişiklik edilir. …Birinci abzasda “altmış iki” sözləri “altmış dörd” sözləri ilə əvəz edilsin”, – deyə sənədin mətnində bildirilir.

Bu, cümə günü Fransanın Konstitusiya Məhkəməsinin pensiya islahatını qismən qanuni qərar verməsindən və minimum pensiya yaşını 62-dən 64-ə qaldırmaq üçün əsas maddəni təsdiqləməsindən sonra baş verib.

Xatırladaq ki, Fransada yanvarın sonundan pensiya islahatlarına qarşı kütləvi küçə etirazları keçirilir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir