XİN başçısı: “Türkiyə yumşaq və sərt gücdən balanslı istifadə etməklə böyük siyasi aktor olub”

Dünya


“Türkiyənin artıq həm sərt, həm də yumşaq gücü var. Biz bu güclərimizdən balanslı, yerli-yerində istifadə etməklə böyük siyasi aktor olmuşuq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşündə deyib.

O bildirib ki, Türkiyə təsir gücünü daha da genişləndirməyə, şanlı türk bayrağını dünyanın ən yüksək zirvələrində dalğalandırmağa davam edəcək.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə bütün sahələrdə təşəbbüskarlıq göstərir:

“Biz koronavirus pandemiyası dövründə bütün ölkələrə kömək etməyə çalışdıq. Ona görə də ölkəmizdə baş verən zəlzələdən sonra dünya ölkələri bizə dəstək oldular”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir