Nazir müavini: “Ermənistan dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər”

Dünya


İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.

Bunu Ermənistan mətbuatına ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

Giloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların fiziki təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışır.

“Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışacağıq ki, nəticələr ağır olmasın”, – Giloyan bildirib.

Qeyd edək ki, Avropa Ağır Atletika Federasiyası da hadisəni pisləyib, Avropa çempionatının bütün iştirakçıları üçün əlavə təhlükəsizlik zəmanəti istəyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir