Pakistanda nazir qəzada öldü

Dünya


Pakistanda Dini İşlər və Dinlərarası Razılaşma naziri Əbdül Şakur yol qəzasında ölüb.

Yerli KİV-in məlumatına görə, hadisə aprelin 15-də axşam saatlarında İslamabadda baş verib. Nazirin maşını digər avtomobilə çırpılıb.

Əbdül Şakur ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Pakistan prezidenti Arif Alvi və baş nazir Şahbaz Şərif nazirin vəfatı ilə bağlı başsağlığı verib.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir