ABŞ-də əvvəl məmurlara, indi isə bir ştatın bütün sakinlərinə “TikTok” rəsmən qadağan edildi

Dünya


ABŞ-nin Montana ştatında “TikTok” mobil tətbiqi qadağan edilib.

Bununla bağlı qanunvericilər qanun qəbul ediblər.

SB-419 kimi tanınan qanun layihəsi mobil proqram mağazalarının Montanadakı istifadəçilərə “TikTok”u yükləmək üçün təklif etməsinə mane olacaq.

Eyni zamanda, qanun layihəsinin qüvvəyə minəcəyi təqdirdə mobil proqram mağazaları ilə məşğul olan “Apple” və “Google” qadağanı pozduqlarına görə cərimələnəcək.

Dövlətin qadağanı necə tətbiq edəcəyi hələlik bəlli deyil. Qanun layihəsi imzalanması üçün Montana qubernatoru Qreq Canforteyə göndərilib.

Qeyd edək ki, indiyə kimi ABŞ-də məmurların xidməti telefonlarında “TikTok”dan istifadə qadağan edilib.

Hazırda Kanadada, Belçikada, Britaniyada, Danimarkada dövlət qulluqçularına, həmçinin Avropa İttifaqı (Aİ) Komissiyasının işçilərinə təhlükəsizlik səbəbi ilə şəxsi və korporativ telefonlarında bu tətbiq yasaqlanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir