Dubayda yaşayış binasında şənbə günü baş verən yanğında azı 16 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bu barədə bazar günü əmirliyin mülki müdafiə xidmətinə istinadən məlumat yayılıb.
Məlumata görə, şənbə günü xilasedicilərə Ər Raas ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, yanğına səbəb yanğın təhlükəsizliyi tələblərinə əməl edilməməsi olub. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.
Binada yerləşən mağazalardan birinin əməkdaşı bildirib ki, “güclü gurultu eşidilib”.
“Bir neçə dəqiqə nə baş verdiyini anlaya bilmədik. Lakin sonra pəncərədən tüstü və yanğın gördük”, – o əlavə edib. Hadisə şahidinin sözlərinə görə, bir neçə nəfər insanlara kömək etmək üçün binaya girməyə çalışıb, lakin tüstüdən buna nail ola bilməyib və xilasediciləri gözləmək qərarına gəlib.
Mənbə: TASS
www.102info.az