Sudanda BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı həlak olub.
Bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudanda keçid dövrünə dəstək missiyasının rəhbəri Volker Pertes xəbər verib.
Pertesin sözlərinə görə, missiya üzvləri ordu hissələri ilə Sudanın çevik reaksiya qüvvələri arasında toqquşma zamanı ölüblər.
O qeyd edib ki, aprelin 15-də Sudanın Kabkabiya şəhərində şiddətli silahlı toqquşmalar baş verib. BMT-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar.
Mənbə: gazeta.ru
www.102info.az