İngiltərə Premyer Liqasında XXXI tur davam edir.
Oxu.Az xəbər verir ki, lider “Arsenal” “Vest Hem”in qonağı olub. Matçda qalib müəyyənləşməyib. “Topçular” 7-ci dəqiqədə Qabriel Jezuş və 10-cu dəqiqədə Martin Edeqorun qolları ilə iki topluq üstünlük qazansalar da, ilk yarının sonuna qədər Said Benrahma penaltidən hesab arasındakı fərqi azaldıb. 55-ci dəqiqədə isə Carrod Bouen hesabı bərabərləşdirib – 2:2.
“Arsenal” hazırda 74 xalla vahid liderdir. Komanda 70 xalı olan ikinci “Mançester Siti”dən bir oyun çox keçirib.
www.102info.az