Hollivud ulduzu Morqan Frimen, həm “qara tarix Ayı” anlayışını, həm də “afroamerikalı” ifadəsini eyni dərəcədə bəyənmədiyini söyləyib.
“Qara Tarix Ayı təhqirdir. Mənim xalqımın tarixini bir ayla məhdudlaşdırırsınız? “Afroamerikalı” ifadəsi də eyni dərəcədə təhqirdir”, – deyə aktyor bildirib.
Onun sözlərinə görə, qaradərililərin müxtəlif dövrlərdə müxtəlif titulları olub.
“İndi bu, “afroamerikalı” həqiqətən nə deməkdir? Bu o deməkdir ki, dünyanın bu hissəsindəki qaradərili insanların əksəriyyəti milli soykökü olmayan səfillərdir. Axı siz “Afrika” deyirsiniz. Halbuki bu, ölkə deyil, Avropa kimi bir qitədir”, – Frimen etiraz edib.
Aktyor indi ekranlarda müxtəlif sosial qruplardan, eləcə də müxtəlif millətlərdən və irqlərdən olan insanların təmsil olunmasını böyük sıçrayış adlandırıb.
Mənbə: gazeta.ru
www.102info.az