ABŞ-nin keçmiş prezidenti Bill Klinton, sabiq və indiki Britaniya baş nazirləri Berti Ahern, Toni Bleyr və Rişi Sunak ilə birlikdə iştirak edəcəyi Şimali İrlandiyanın gələcəyinə dair növbəti həftə baş tutacaq üç günlük konfrans üçün Belfasta səfər edib.
Klinton hazırki ABŞ prezidenti Co Bayden İrlandiya turunu başa vurarkən bu ölkəyə gəlib.
Məlumata görə, Belfastda Kraliça Universitetinin ev sahibliyi etdiyi konfransda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Brexit üzrə danışıqlar aparan Maros Şefçoviç, eləcə də Ağ Evin bir sıra yüksək vəzifəli rəsmiləri iştirak edəcəklər.
Onların arasında ABŞ-nin Nümayəndələr Palatasının komitə rəhbəri Riçard Nil və ABŞ-nin Şimali İrlandiya üzrə yeni iqtisadi elçisi Co Kennedi də olacaq.
Konfransı keçmiş birinci xanım, ABŞ-nin dövlət katibi və Kraliça Universitetinin kansleri Hillari Klinton açacaq.
Mənbə: rossaprimavera.ru
www.102info.az