ABŞ Çini qabaqlayaraq 31 martda başa çatan 2022-2023-cü maliyyə ilində Hindistanın aparıcı ticarət tərəfdaşı olub.
Bu barədə bazar günü Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Hindistan və ABŞ arasında ticarətin həcmi ötən maliyyə ilində 7,65% artaraq bir il əvvəlki 119,5 milyard dollarla müqayisədə 128,55 milyard dollar təşkil edib.
Hindistanın ABŞ-yə ixracı bu dövrdə 2,81% artaraq, əvvəlki maliyyə ilindəki 76,18 milyard dollarla müqayisədə 78,31 milyard dollara çatıb. Artım əczaçılıq və maşınqayırma məhsulları, eləcə də qiymətli daşlar və zərgərlik məmulatlarının tədarükünün artırılması hesabına əldə edilib.
Hindistana ABŞ mallarının idxalı isə təxminən 16% artaraq 50,24 milyard dollara çatıb.
Ticarət Departamentinin məlumatına görə, Hindistanın Çinlə ticarəti 2022-23-cü maliyyə ilində əvvəlki illə müqayisədə 115,42 milyard dollarla 1,5% azalaraq 113,83 milyard dollara düşüb.
Hindistanın Çinə ixracı 28% azalaraq 15,32 milyard dollar, idxalı isə 16% artaraq 98,91 milyard dollara çatıb.
Hindistanın Çinlə ticarətdə ticarət kəsiri nəzərdən keçirilən dövrdə keçən ilki 72,91 milyard dollarla müqayisədə 83,2 milyard dollara yüksəlib.
Xatırladaq ki, Çin 2013-2018-ci illərdə və həmçinin 2020-21-ci maliyyə ilində Hindistanın əsas ticarət tərəfdaşı idi.
Mənbə: TASS
www.102info.az