Rusiyanın xalq artisti Qriqori Leps özəl tədbirlərdə çıxışına görə 10 milyon rubl (təxminən 208 min manat) aldığını bildirib.
NTV kanalında yayımlanan “Tı ne poveriş” verilişində o, bu cür pula həm ad günündə, həm də toyda çıxış etməyə hazır olduğunu bildirib. Müğənni rusiyalıları qənaət etməyə çağırıb.
“Çox deyil, 10 milyon rubl – və mən tədbirdəyəm. Yığın, toplayın. Mən ad günlərinə də gələ bilərəm. Araq içəcəm və sizin üçün şənlik təşkil edəcəyəm”, – deyə Leps bəyan edib.
Eyni zamanda, bəzi mənbələr əslində ifaçının qonorarının az qala iki dəfə az olduğunu və 6 milyon rubl təşkil etdiyini iddia ediblər.
Mənbə: news.ru
www.102info.az