Rusiyanın Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, vulkanoloqlar Kuril silsiləsinin Paramuşir adasında yerləşən Ebeko vulkanında üç kilometr hündürlükdə kül emissiyası qeydə alıblar.
Alimlər əhali üçün təhlükə olmadığını bildiriblər.
“Bununla belə, vulkanın fəaliyyəti yerli hava səyahətləri üçün təhlükəlidir”, – Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu bəyan edib.
Qeyd edək ki, Ebekonun hündürlüyü 1156 metrdir, Paramuşirin şimal hissəsində, Severo-Kurilskdən yeddi kilometr şimal-qərbdə yerləşir. O, 2016-cı ildən müntəzəm olaraq kül püskürür. Rekord püskürmə 31 avqust 2018-ci ildə baş verib. Bu zaman kül sütununun hündürlüyü altı kilometrə çatıb.
Mənbə: vesti.ru
www.102info.az