ABŞ, Cənubi Koreya və Yaponiya hərbi dəniz qüvvələri Şərq dənizinin beynəlxalq sularında raketdən birgə müdafiə təliminə başlayıblar.
Təlim Şimali Koreyadan artan təhlükə fonunda keçirilir.
Təlimdə üç esmines iştirak edir: Cənubi Koreyaya məxsus “Yulgok Yi I”, ABŞ-yə məxsus “USS Benfold” və Yaponiyaya məxsus “JS Atago”. Onların hamısı raketlərin aşkarlanması və onların məhv edilməsi üçün ABŞ-nin vahid vasitələr şəbəkəsi olan “Aegis” sistemləri ilə təchiz olunub.
Təlim zamanı ölkələr hədəfin aşkarlanması və izlənilməsi, həmçinin real vaxt rejimində məlumat mübadiləsi təcrübələrini həyata keçirəcəklər.
Mənbə: RBC-UKRAİNA
www.102info.az