Dnepr çayı məcradan çıxıb, Kiyevin sahilyanı əraziləri su altında qalıb – REPORTAJ + FOTO/VİDEO

Dünya


Son vaxtlar Ukraynada intensiv yağışların yağması Dnepr çayının məcradan çıxmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, paytaxt Kiyevdə Dnepr çayının sahilboyu ərazilərində bəzi iaşə obyektləri, restoranlar su altında qalıb. Dnepr çayının məcradan çıxması nəticəsində su təxminən 7-10 metr sahilə doğru istiqamət alıb.

Şəhər meriyasından bildiriblər ki, Dneprdə suyun səviyyəsinin artması ilə əlaqədar Kiyevdə müəyyən əraziləri su basıb və bu proses hələ də davam edəcək.

“Qoloseyev, Darnitsk, Desnyansk və Dnepr rayonlarında fərdi və bağ-kottec tikintisinin müəyyən sahələri üçün daşqın riski mövcuddur. Bu ərazilərin sakinlərindən və su hövzələrinin yaxınlığında yaşayanlardan sinoptiklərin proqnozlarını nəzərə almaları və mümkün daşqınlara hazırlaşmaları xahiş olunur”, – deyə meriyadan bildiriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir