Rusiyanın Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov aprelin 17-də Moldovaya buraxılmayıb və “arzuolunmaz şəxs” kimi tanınıb.
O, Kazanın iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirdiyi Qaqauz muxtariyyətinə uçub. Minnixanovun “Xalqlar Dostluğu – 2023” Beynəlxalq Xalq Diplomatiyası Konqresində iştirakı nəzərdə tutulmuşdu.
Onunla birlikdə Tatarıstanın ən böyük sənaye və investisiya holdinqi “Ak-Bars”ın direktoru İvan Eqorov da Moldovaya buraxılmayıb.
“Təəssüf ki, Moldova hakimiyyəti qərara aldı ki, biz bu ölkəyə gələ bilməyən arzuolunmaz vətəndaşlarıq. Bizim yaxşı ənənələrimiz var. Tatar xalqı ilə qaqauz xalqı qardaşdır”, – deyə respurblika başçısı hadisəni şərh edərkən bildirib.
Xatırladaq ki, Qaqauziya ilə Tatarıstan Respublikası arasında əməkdaşlıq müqaviləsi 1999-cu ildə imzalanıb.
Mənbə: edaily.com
www.102info.az