“Ən böyük türk və xarici bankların yerləşəcəyi İstanbul Maliyyə Mərkəzi layihəsinin həyata keçirilməsi İstanbulu dünyanın maliyyə mərkəzlərindən birinə çevirəcək və Türkiyəni yüksək maliyyə liqasına çıxaracaq”.
Bu barədə bazar ertəsi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan mərkəzin açılış mərasimində bildirib.
“Maliyyə sektorumuz üçün strateji əhəmiyyət kəsb edən açılış mərasimi keçiririk. Tarix boyu ölkəmizin maliyyə mərkəzi olmuş İstanbul indi bu mühüm missiyanı yenidən öz üzərinə götürür. Maliyyə mərkəzi yeni maliyyə ekosistemi yaradacaq. və Türkiyəni maliyyə güclərinin yüksək liqasına çıxaracaq”, – deyə dövlət başçısı bəyan edib.
O qeyd edib ki, mərkəzin strateji əhəmiyyəti növbəti illərdə daha yaxşı dərk olunacaq.
Mənbə: Anadolu
www.102info.az