Aİ-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb.
Bunu Aİ-nin Xarici Əlaqələr üzrə Ali Komissarı Josep Borrel sosial şəbəkədə yazıb.
Borrel vurğulayıb ki, “bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır”. Bununla yanaşı, ABŞ-nin Sudanın paytaxtı Xartumdakı səfirliyinin zirehli maşını da bazar ertəsi Çevik Reaksiya Qüvvələri tərəfindən atəşə tutulub.
ABŞ səfirliyindəki mənbələrin məlumatına görə, avtomobil qəsdən atəşə tutulub. Avtomobil yüzə yaxın güllə atıldığı, lakin diplomatlardan heç birinin xəsarət almadığı bildirilib.
A few hours ago, the EU Ambassador in #Sudan was assaulted in his own residency.
This constitues a gross violation of the Vienna Convention. Security of diplomatic premises and staff is a primary responsibility of Sudanese authorities and an obligation under international law.
— Josep Borrell Fontelles (@JosepBorrellF) April 17, 2023
Mənbə: TASS
www.102info.az