İran şahının oğlu İsrailin baş naziri ilə görüşüb

Dünya


İsraildə səfərdə olan İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Görüş Qüdsün ən yüksək nöqtəsində yerləşən, İsrailin milli Holokost və qəhrəmanlıq abidəsi olan “Yad Va Şem” muzeyində baş tutub.

Görüşdə Benyamin Netanyahunun və Rza Pəhləvinin həyat yoldaşları da iştirak ediblər.

Muzeyi tərk edərkən İsrail mətbuatına qısa açıqlama verən Rza Pəhləvi tədbirdə iştirak etməyi və Holokost qurbanlarının xatirəsini ehtiramla yad etməyi özünə borc bildiyini vurğulayıb.

Mənbə: i24news.tv

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir