ABŞ-də respublikaçı konqresmen Mett Qets ölkə Prezidenti Co Baydenə tələblə bağlı qətnamə təqdim edib.
Qətnaməyə Ukrayna tərəfinə planlaşdırılan yardımın təfərrüatının açıqlanması və Pentaqondan ABŞ ordusunun bu ölkədə olmasının detallarını qanunvericilərlə bölüşmək tələbi daxildir.
Qətnamədə, həmçinin Pentaqonun rəhbəri Lloyd Ostinə konqresin icazəsi olmadan Ukrayna ərazisinə yerləşdirilən hərbçilərin, o cümlədən xüsusi təyinatlıların sayını açıqlaması qeyd olunur.
Qəbul olunduğu təqdirdə, iki həftə ərzində onun icrasına başlanılmalıdır.

Mənbə: Gazeta.ru
www.102info.az