Çempionlar Liqasının final oyununa ev sahibliyi hüququ İstanbuldan alına bilər.
UEFA mayda Türkiyədə baş tutacaq prezident seçkisindən sonra ölkədə yaşana biləcək hər hansı qarışıqlıq səbəbindən alternativ plan hazırlayır.
Daha əvvəl iki dəfə – 2020-ci və 2021-ci illərdə koronavirus pandemiyasına görə İstanbul finala ev sahibliyi edə bilməyib. Bu il həlledici görüş iyunun 10-da təşkil olunacaq. Türkiyədə prezident seçkisi mayın 14-də keçiriləcək.
Mənbə: “The Independent”
www.102info.az