WP: Misir Rusiyaya raket tədarükündən imtina edib və Ukrayna üçün sursat istehsal etməyə başlayıb

Dünya


Misir hökuməti mart ayında ABŞ rəsmiləri ilə danışıqlardan sonra Rusiyaya gizli şəkildə raket tədarükü planını dayandırıb və əvəzində Ukrayna üçün sursat istehsal etməyi qərara alıb.

Bu barədə Pentaqondan sızan sənədlərdən bəlli olur.

Qahirə 152 və 155 mm-lik artilleriya mərmilərinin Kiyevə verilməsi üçün ABŞ-yə satışını təsdiqləyib. Çatdırılmanın baş tutub-tutmadığı məlum deyil.

Misir Xarici İşlər Nazirliyinin sözçüsü məsələ ilə bağlı şərh verməyib.

Bundan əvvəl Misir prezidentinin 40 000-ə qədər raketin “gizli şəkildə Rusiyaya göndərilməsi” barədə göstəriş verdiyi, lakin rəsmilərə “Qərblə problemlərdən qaçmaq üçün istehsal və çatdırılmanı məxfi saxlamağı” tapşırdığı barədə xəbər yayılıb.

Mənbə: The Washington Post

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir