Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın “Ximki” klubunda iş yerini dəyişib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 58 yaşlı mütəxəssis yenidən U-19 komandasını çalışdıracaq.
Əvvəllər bu komandaya rəhbərlik etmiş N.Süleymanov 2022-ci ilin sentyabrından klubun əvəzedici komandasının “sükançı”sı olub. Klub rəhbərliyi onu yenidən U-19-a qaytarmaq qərarına gəlib.
Əvəzedici komandaya Rinat Bilyaletdinov baş məşqçi təyin olunub.
www.102info.az