Paşinyan dövlətə xəyanətlə bağlı dindirildi

Dünya


Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı dövlətə xəyanət ittihamı ilə başlanmış cinayət işi çərçivəsində istintaq orqanları tərəfindən dindirilib.

Bu barədə çərşənbə axşamı Ermənistan hökumətinin başçısı özü parlamentdə bildirib.

O, müxalifətçi deputatlardan birinin müvafiq sualına “Bəli, məni dindirdilər. Nə qədər lazımdır, o qədər də dindirəcəklər”, – deyə cavab verib.

Paşinyan, həmçinin əlavə edib ki, müvafiq cinayət işləri üzrə 43 hərbçi təqsirləndirilir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir