Türkiyədə Eskişehirdə yaşayan yaşlı qadın enerji və təbii sərvətlər naziri Fatih Dönmezin xidməti maşını olan “Togg”u görüb və ona yaxınlaşıb.
Yaşlı qadın nazirin maşınına minmək istədiyini deyib. Nazir onun bu istəyini gerçəkləşdirib. Yaşlı qadın ilk dəfə “TOGG C-SUV”ə minib.
Onun nazir Fatih Dönmezə dedikləri isə sosial mediada gündəm olub.
“O biri dünyada soruşsalar, “Togg”un yanında dayandıq, mindik demək istərdim”, – deyə qadın bildirib.
Yaşlı qadının avtomobilin içində dua etdiyi və qürur duyduğu anlar kameralara əks olunub.
Mənbə: Haber Global
www.102info.az