Çin hakimiyyəti Avropa ölkələrinin Rusiya və Ukrayna arasında sülh danışıqlarını bərpa etmək istiqamətində apardığı fəaliyyəti dəstəkləyir.
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Fransa Prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planına cavab olaraq deyib.
Xatırladaq ki, dünən Emmanuel Makron Rusiya ilə Ukraynanı bu yay danışıqlar masasına oturtmağa çalışacağını və Çin hökumətinə də bu məsələdə dəstək göstərməsi üçün müraciət edəcəyini bildirmişdi.
Mənbə: TASS
www.102info.az